Bakıda karantin rejimini pozaraq kiçik toy məclisi təşkil edənlər cərimələnib

Oxunma sayı: 514
Cəmiyyət       13 İyul 2020, 15:37
Bakıda karantin rejimini pozaraq kiçik toy məclisi təşkil edənlər cərimələnib

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Sabunçu rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə kiçik toy məclisi təşkil edilməsinin qarşısı polislər tərəfindən alınıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Azmedia.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan Azad Cavadovun oğıuna toy məclisi təşkil etməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin əraziyə yollanaraq karantin qaydasının pozulması halını aşkar ediblər. Məclisin təşkilatçısı A.Cavadov və orada daha 15 nəfər qonaq saxlanılaraq Polis Şöbəsinə gətirilib.

 

Xüsusi karantin qaydalarını pozan ümumilikdə 16 nəfər barəsində Polis Şöbəsində  İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onların hər biri 200 manat məbləğində cərimə ediliblər.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar