Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı bəyanatla çıxış edib

Oxunma sayı: 719
Dünya       13 İyul 2020, 15:31
 Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı bəyanatla çıxış edib

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Rusiya XİN Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi ilə bağlı ciddi narahatlığını ifadə edib.


Azmedia.az Azərtac-a istinadən xəbər verir ki, xarici siyasət idarəsinin bəyanatında RF XİN-in iyulun 12-də Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı ciddi narahatlığını ifadə etdiyi qeyd olunur.

“Daxil olan məlumata görə, döyüş əməliyyatları davam edir. Artilleriyadan istifadə olunur. Ölənlər və yaralananlar var. Həlak olanların doğmalarına və yaxınlarına başsağlığı veririk. Eskalasiyanın davam edərək regionun təhlükəsizliyinə təhdid yaratmasını yolverilməz hesab edirik. Qarşıdurma tərəflərini təmkin nümayiş etdirməyə və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq. Rusiya XİN vəziyyətin sabitləşdirilməsi üçün öz tərəfindən zəruri köməkliyi göstərməyə hazırdır”, - deyə Rusiya XİN-in bəyanatında bildirilir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar