Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs tutuldu - VİDEO

Oxunma sayı: 411
Kriminal       13 İyul 2020, 16:34
Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs tutuldu    - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşları hədələyərək, guya onlar barəsində rüsvayedici məlumatlar yayacağı ilə zərəçəkənləri qorxudub, pul tələb edən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, zərərçəkənlərdən Baş İdarəyə daxil olan çoxsaylı müraciətlər əsasında keçirilən əməliyyat nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə və dələduzluq əməlində şübhəli Sabirabad rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Eyvaz Əmənov yaşadığı Şirvan şəhərində tutulub.

 

Araşdırma zamanı onun ümumilikdə beş vətəndaşı hədələyərək, onlardan ümumilikdə 2 000 manatdan artıq pul aldığı məlum olub. Saxlanılan şəxs ifadəsində törətdiyi qanunsuz hərəkətləri etiraf edib.

 

Bu şəxsin əməllərindən zərər çəkmiş başqa vətəndaşlar varsa, DİN-in “102” Zəng Mərkəzinə və ya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər. 

 

Qeyd edilən faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinə başlanılıb. Eyvaz Əmənov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxsin ətrafında istintaq və əməliyyat tədbirləri davam etdirilir.

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar