Mehriban Əliyeva: "Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq"

Oxunma sayı: 563
Ölkə       13 İyul 2020, 16:46
Mehriban Əliyeva:     "Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq"

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir!". 

 

Azmedia.az-ın xəbərinə görə, bunu Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva özünün "İnstagram" səhifəsindəki paylaşımında bildirib.

 

I Vitse-prezident qeyd edib ki, düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq: "Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik! Şəhid analarına və atalarına öz dərin kədərimi və hörmətimi bildirirəm. Bu çətin günlərdə Azərbaycan xalqı sizinlədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycanı və xalqımızı qorusun!"

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar