Şəhid atası: “Gözümün ağı-qarası bir oğlum vardı”

Oxunma sayı: 509
Ölkə       13 İyul 2020, 16:57
Şəhid atası:     “Gözümün ağı-qarası bir oğlum vardı”

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Xəbər verdiyimiz kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.

 

Azmedia.az  xəbər verir ki, dünəndən başlayan döyüşlərdə Azərbaycan ordusu dörd şəhid verib.

 

Şəhid Elşad Məmmədovun atası Dönməz Məmmədov oxu.az-a danışıb.

 

O bildirib ki, oğlu ilə qürur duyur:

“Mənim oğlum qoçaq oğul idi. Ermənidən qorxan oğul deyildi. Gözümün ağı-qarası bir oğlum vardı. O da vətən yolunda şəhid oldu. Hər oğul erməni ilə döyüşə bilmir. Mən onunla qürur duyuram. Bütün şəhidlərə Allah rəhmət eləsin. Vətən sağ olsun”.

 

Qeyd edək ki, dünən düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu, Mahmudov Rəşad Rəşid oğlu və Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar