Türkiyə KİV-ləri Ermənistanın Azərbaycana növbəti hərbi təxribatına kəskin reaksiya verib

Oxunma sayı: 474
Ölkə       13 İyul 2020, 18:04
Türkiyə KİV-ləri Ermənistanın Azərbaycana növbəti hərbi təxribatına     kəskin reaksiya verib

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə hücum cəhdi Türkiyənin aparıcı KİV-ləri tərəfindən kəskin tənqid olunur.

 

Azmedia.az  AZƏRTAC-a istinadən bildirir ki, münaqişənin əvvəlindən bəri baş verənlər barədə rəsmi məlumatları oxuculara çatdıran Türkiyənin aparıcı KİV-ləri Ermənistanın növbəti təxribat cəhdinin də məkrli məqsəd daşıdığını qeyd edirlər. Diqqətə çatıdırılır ki, Ermənistan rəhbərliyi ölkədəki sosial-iqtisadi böhrandan diqqəti yayındırmaq, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə digər tərəfləri qatmaq üçün belə hərbi təxribata əl atır.

 

Anadolu Agentliyi, TRT HABER və TRT AVAZ televiziya kanalları, o cümlədən aparıcı qəzetlər Ermənistanın növbəti təxribatı barədə çoxsaylı məlumatlar yayımlayıblar.

 

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun "TRT HABER" televiziya kanalında səsləndirdiyi "Ermənistan ağlını başına yığsın. Azərbaycan yalnız deyil" ifadəsi sürətlə tirajlanıb.

 

Türkiyə mətbuatında Ermənistanın təcavüzkar siyasəti barədə məlumatların, o cümlədən analitik yazıların yayımlanması davam edir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar