Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır

Oxunma sayı: 619
Ölkə       14 İyul 2020, 16:24
Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) mobil telefon nömrələrinə səfərbərlik çağırışı ilə əlaqədar sms göndərilməsi ilə bağlı məlumatlara münasibət bildirib.


Azmedia.az xəbər verir ki, qurum yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.


"Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edən naməlum mənbədən bəzi vətəndaşların mobil telefon nömrələrinə səfərbərlik çağırışı ilə bağlı SMS göndərilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsmi olaraq bildirir ki, cəmiyyətdə çaşqınlıq yarada biləcək belə məzmunlu məlumatlar həqiqətə uyğun deyildir".


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşları daha diqqətli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar