Ermənilərin təxribat törətməkdə məqsədi - Hərbi ekspert rəyi

Oxunma sayı: 1066
Açıqlama       14 İyul 2020, 18:35
Ermənilərin təxribat törətməkdə məqsədi       - Hərbi ekspert rəyi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Son günlər Tovuz istiqamətində ermənilərin törətdiyi təxribatlar daha çox siyasi xarakter daşıyır.

 

Hərbi ekspert, ASQ-nin ehtiyyatda olan polkovniki Şair Ramaldanov azmedia.az saytına açıqlamasında belə deyib. Onun sözlərinə görə Ermənistan tərəfinin məhz dövlət sərhəddində təxribata əl atmaqda məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv dövlətlərinin diqqətini cəlb etməkdir. Onlar Təşkilatın "üzv ölkələrdən hansısa birinə qarşı təhlükə yaranacağı təqdirdə bu təşkilata üzv olan digər ölkələrə qarşı da aqresiya kimi qəbul edilir" şərtindən yararlanaraq, özləri üçün silah, sursat və digər imtiyazlar əldə etmək istəyirlər.

 

Bundan başqa, bildiyimiz kimi Azərbaycan tərəfi humanistlik göstərərək, Qazax istiqamətində Ermənistanla sərhədin qorunmasına Dövlət Sərhəd Xidmətinin bölmələrini cəlb ediblər. Və növbəti mərhələdə DSX-nın mühafizə zolağı Tovuza doğru genişlənməli idi. Bu isə Ermənistana sərf etmir. Çünki, bu zaman Müdafiə Nazirliyinin həmin istiqamətdə yerləşən bölmələri sərbəst qala bilər. Və nəticə etibarilə gələcəkdə Qarabağda aparılacaq antiterror əməliyyatlarında həmin bölmələrdən də istifadə edilə bilər. Bu isə Qarabağ cəbhəsində əlavə güc deməkdir və ermənilərə sərf etmir.

Digər tərəfdən isə, Ermənistanın tərkibində yaranmış siyasi gərginliyin fonunda ictimaiyyətin diqqətini yenidən sərhədə yönəltmək, Paşinyan hakimiyyətinin ənənəvi taktikasıdır.

Əməliyyatların geniş miqyas ala biləcəyinə gəlincə isə ekspert bildirdi ki, yəqin ki, sərhəddə baş verən belə təxribatlar Azərbaycan tərəfini irimiqyaslı antiterror əməliyyatlarına başlamağa vadar edə bilməz. Bu hüquq, bilavasitə Ali Baş Komandana məxsusdur. Və ordumuzun bölmələri istənilən vaxt Ali Baş Komandanın antiterror əməliyyatlarına başlamaq üçün verəcəyi əmri layiqincə yerinə yetirməyə hazır və qadirdir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar