Bakıda həyətində qanunsuz ət kəsimi ilə məşğul olan şəxs tutuldu - FOTO/VİDEO

Oxunma sayı: 718
Cəmiyyət       31 İyul 2020, 15:29
Bakıda həyətində qanunsuz ət kəsimi ilə məşğul olan şəxs tutuldu     - FOTO/VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında tətbiq edilən qadağa və məhdudiyyətlərə məhəl qoymadan gizli fəaliyyət göstərən ət kəsimi məntəqələrinin aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

 

Azmedia.az xəbər verir ki, bununla bağlı Daxili işlər Nazirliyi məlumat yayıb.

 

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının birgə keçirdikləri tədbir zamanı Əli Nəzmi küçəsində yaşayan Şəmkir Həsənovun həyətində qeyri-qanuni heyvan kəsimi həyata keçirdiyi məlum olub.

 

Həmin şəxs və onunla birgə bu fəaliyyətlə məşğul olan daha bir nəfər saxlanılaraq 8-ci Polis Bölməsinə gətirilib. Bölmədə bu şəxslərlə profilaktik söhbətlər aparılıb və onlara etdikləri qanun pozuntusu barədə məlumat verilib. 

 

Şəmkir Həsənov və onunla birgə saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onların hər biri 200 manat məbləğində cərimə ediliblər. 

 

 

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar