ÜST rəsmisi koronavirusla bağlı son vəziyyətdən danışdı - DİQQƏT

Oxunma sayı: 952
Cəmiyyət       31 İyul 2020, 16:02
ÜST rəsmisi koronavirusla bağlı son vəziyyətdən danışdı     - DİQQƏT

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"10 günlük missiya Azərbaycanda COVID-19-a qarşı mübarizə tədbirlərini dəstəkləmək üçün məlumatların toplanması və təhlilinin təkmilləşdirilməsini, təmasın izlənməsini və test strategiyasının gücləndirilməsini tövsiyə edir”.

 

Azmedia.az  xəbər verir ki, bunu mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

 

Onun sözlərinə görə, bu həftə ÜST-ün COVID-19-u ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan etməsindən altı ay keçir:

 

"Bu missiyanın hazırkı zaman çərçivəsində planlaşdırılması Azərbaycanda epidemioloji, kliniki və kommunikasiya nöqteyi-nəzərindən pandemiyaya qarşı mübarizə tədbirlərinə dair aparılan işlərə baxış keçirməyə və gələcək aylarda əldə etdiyimiz biliklərdən necə istifadə edəcəyimizi görməyə imkan verdi”.

 

O qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində qoyulan böyük maliyyə və insan resursları sərmayələrini, epidemioloji nəzarət və ictimai ünsiyyət üçün rəqəmsal vasitələrdən geniş istifadə edilməsini və COVID-19-lu xəstələrə göstərilən xidmətin yaxşılaşdırılması sahəsində Azərbaycanın uğurlarını yüksək qiymətləndiriblər.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar