Adada 31 il tənha yaşayan sakini evindən çıxartmaq istəyirlər - FOTO

Oxunma sayı: 703
Dünya       31 İyul 2020, 21:15
Adada 31 il tənha yaşayan sakini evindən çıxartmaq istəyirlər     - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İtaliyanın Budelli adasında 31 ildir tək yaşayan Mauro Morandi evindən çıxarılır.

 

Bildirilir ki, adanın mühafizəçisi olan kişinin evi qeyri-qanuni tikili hesab olunub.

 

Azmedia.az  oxu.az-a istinadən bildirir ki, 81 yaşlı Morandi əvvəllər idman müəllimi olub. 1989-cu ildə onun katamaranı Budelli yaxınlığında xarab olub. Adaya çıxan kişi mənzəyərə vurulub və həmişəlik burada qalmaq qərarına gəlib.

 

O, adada yaşadığı müddətdə ərazini zibillərdən təmizləyib, mənzərə fotolarını sosial şəbəkədə paylaşıb, adaya tam nəzarət edib. Onun bu fəaliyyəti hər kəs tərəfindən rəğbətlə qarşılanıb.



Lakin 2016-cı ildə İtaliya hökuməti adanı La Maddelana Milli Parkının tərkibinə daxil edib. Bundan sonra Morandinin evi qeyri-qanuni tikili statusu alıb.

 

İndi isə binanı söküb, yerində ekoloji rəsədxana tikilməsi qərarına gəlinib. Kişi üçün bu, yeganə evdir. Bundan başqa Morandi adanın onsuz öləcəyinə inanır:

 

"Tək xahişim təmir işləri ərəfəsində müvəqqəti başqa yerə köçürülməyim, amma sonradan yenidən qayıdaraq uzun illər gördüyüm işi davam etməkdir. Qorxuram ki, mən getsəm, bu, Budellinin də sonu olacaq".

 

"Mən bilmirəm bundan sonra harada yaşayım, bilmirəm nə edim - bura mənim həyatımdır. Mən sadəcə özümü kartla və ya şar topları ilə oynayan kimi görmürəm", - deyə italyan kişi əlavə edib.

 

Artıq sosial şəbəkələrdə Morandiyə dəstək üçün böyük kampaniya başlayıb.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar