Bakıda qanunsuz ət kəsimi ilə məşğul olan yeddi nəfər tutulub - VİDEO

Oxunma sayı: 896
Cəmiyyət       1 Avqust 2020, 13:45
Bakıda qanunsuz ət kəsimi ilə məşğul olan yeddi nəfər tutulub      - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında tətbiq edilən qadağa və məhdudiyyətlərə məhəl qoyumadan gizli fəaliyyət göstərən ət kəsimi məntəqələrinin aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Azmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi və 41-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı Badamdar qəsəbəsində “Dərə” adlanan ərazidə qeyri-qanuni heyvan kəsimi həyata keçirildiyi məlum olub.

 

Bu fəaliyyətlə məşğul olan ümumilikdə yeddi nəfər saxlanılaraq, 41-ci Polis Bölməsinə gətirilib. Bölmədə həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və onlara etdikləri qanun pozuntusu barədə məlumat verilib. 

 

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onların hər biri cərimə edilib. 

 

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar