Ərəb dünyasında ilk Atom Elektrik Stansiyası fəaliyyətə başlayıb

Oxunma sayı: 792
Dünya       1 Avqust 2020, 14:46
Ərəb dünyasında ilk Atom Elektrik Stansiyası fəaliyyətə başlayıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ərəb dünyasının ilk Atom Elektrik Stansiyası (AES) fəaliyyətə başlayıb.

 

Azmedia.az xəbər verir ki, istinadən xəbər verir ki, Əbu-Dabi Əmirliyinin Əl Dəfrah bölgəsində yerləşən Bərakah AES-in 60 il ərzində elektrik enerji istehsal edəcəyi gözlənilir.

 

“Bu gün biz ərəb dünyasının ilk sülhməramlı nüvə enerjisi reaktorunun BƏƏ tərəfindən uğurla istismara verildiyini bəyan edirik”, – BƏƏ-nin vise-prezidenti və Baş naziri şeyx Məhəmməd bin Rəşid əl Məqtum bildirib.

 

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri Atom Elektrik Stansiyası istifadə edən dünyanın 33-cü, ərəb ölkələri arasında da birinci ölkədir. BƏƏ Nüvə Enerjisi Korporasiyasının rəhbəri Məhəmməd əl Hammadinin dediyinə görə Bərakah nüvə elektrik stansiyasının payına ölkə elektrik enerji istehsalının 25 faizinin düşəcək.

 

Bir nüvə elektrik stansiyası ildə 21 milyon ton karbon qazının havaya atılmasının qarşısını alır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar