"Ata qayğısı görmədim, onun haqda oxuya bilmərəm"

Oxunma sayı: 712
Yerli       1 Avqust 2020, 17:45
"Ata qayğısı görmədim, onun haqda oxuya bilmərəm"

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Heç vaxt ata haqqında mahnı oxumuram. Ürəyimdən gəlmir, oxuya bilmirəm".

 

Azmedia.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın İnstaqramda canlı yayımda olarkən deyib. İzləyiciləri sənətçidən ata haqqında oxumasını istəyib. O isə etiraz edərək, heç vaxt bu cür mahnıları başa düşmədiyini bildirib:

"Atasız böyüdüyüm üçün mənə çatmır ata muğamı. Anadan ürəkdən oxuyuram. Hətta toyda elə oxuyuram ki, hamı ağlaşır. Baxıram ki, durub oynayan olmur. Bizi anam saxlayıb. Ana qayğısı gördüm, ata yox. Ona görə də belə düşünürəm. Ataları Allah qorusun, dünyasını dəyişənlərə rəhmət diləyirəm. Amma oxuya bilmirəm".

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar