Sifət transplantasiya eməliyyatını keçirən qadın vəfat edib - FOTO

Oxunma sayı: 578
Dünya       1 Avqust 2020, 20:21
Sifət transplantasiya eməliyyatını keçirən qadın    vəfat edib - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Amerikada ilk dəfə demək olar ki, tam üz transpalntasiya proseduru edən  Konni Kalp vəfat edib. 


Azmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Oqayolu qadın 57 yaşında olub. Onun ölümünün səbəbi açıqlanmayıb.

 

Qadının ölümü cümə günü, 2008-ci ildə tarixi bir prosedur keçirdiyi Klivlend Klinikası tərəfindən təsdiqlənib. 


"Connie inanılmaz cəsarətli, enerjili bir qadın idi və bir çoxlarına ilham verdi" deyə klinikanın Dermatologiya və Plastik Cərrahiyyə İnstitutunun sədri doktor Frank Papaybildirib.



Həkim Konninin güclü olduöunu xususi ilə vurğulayıb, çünki o, belə bir əməliyyat keçirdikdən sonra ən uzun ömürlü xəstə olub.


"O, belə əmilliyat üzrə ən cəsarətli ilk pasient olub və onun bəzən zəhmli prosedurdan keçmək qərarı bütün insanlıq üçün əvəzolunmaz hədiyyədir" Papay deyib.

 

Həyat yoldaşı Tomas 2004-cü ildə ov tüfəngi ilə onu vurduqdan sonra qadının üzü tanınmaz hala düşüb. Atış onun burnunu, yanaqlarını, yuxarı ağzını və gözlərini parçalayıb. Qadının üzündə yüzlərdə qəlpə və sümük qırıqları olub. Yalnız yuxarı göz qapaqları, aln, alt dodaq və çənə hissəsi sağlam qalıb.

 

Kalp üzünü bərpa etmək üçün 30 agır əməlliyatdan keçib. Onların arasında yanaq sümüyünü və yuxarı çənəsini düzəltmək üçün qabırğasından və ayaq sümüyündən bir hissə götürülüb.


2008-ci ilin dekabr ayında 22 saat davam edən əməliyyatda həkimlər bu qadının üzünün 80 faizini yenicə dünyasını dəyişmiş başqa bir qadının sümükləri, əzələləri, sinirləri, dəri və qan damarları ilə əvəz ediblər.
 

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar