Ağcabədidə çətənə bitkisi yetişdirən kişi və qadın saxlanılıb - FOTO

Oxunma sayı: 803
Hadisə       2 Avqust 2020, 16:15
Ağcabədidə çətənə bitkisi yetişdirən kişi və qadın saxlanılıb    - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-Xaş 2020” kompleks tədbirlər planına uyğun olaraq kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.


Azmedia.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Hindarx qəsəbə sakinləri E.Atalıyev və A.Mirzəyeva saxlanılıb.

 

E.Atalıyevin yaşadığı ünvana baxış keçirilən zaman həyətindən 14 ədəd çətənə kolu və A.Mirzəyevanın isə həyətyanı sahəsinə baxış keçirilən zaman oradan da aqrotexniki qaydada qulluq edilmiş 10 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

 

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar