Almaniyada xaricdən qayıdanların hamısı pulsuz testdən keçiriləcək

Oxunma sayı: 523
Dünya       2 Avqust 2020, 19:47
Almaniyada xaricdən qayıdanların hamısı     pulsuz testdən keçiriləcək

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Xarici ölkələrdən qayıdan Almaniya sakinləri avqustun 1-dən etibarən 72 saat ərzində könüllü surətdə pulsuz testdən keçə biləcəklər.

 

Azmedia.az AZƏRTAC-a istinadən bildirir ki, müvafiq sərəncamı AFR-in Səhiyyə naziri imzalayıb. Koronavirus testini həm aeroportlarda, həm də tibb müəssisələrində vermək mümkün olacaq. Qeyd edilir ki, hökumət testlərlə bağlı bütün xərcləri öz üzərinə götürür.

 

Bu qərar məzuniyyətlər və məktəb tətilləri mövsümünün başa çatması dövründə koronavirusun yayılmasına yol verməmək məqsədi daşıyır. Həmin dövrdə almanların bir çoxu digər ölkələrdən istirahətdən qayıdırlar.

 

Məlumatda, həmçinin bildirilir ki, yoluxma riskinin yüksək olduğu ölkələrdən qayıdan şəxslərə münasibətdə ciddi qaydalar tətbiq edilir. Onlar bu barədə yerli səhiyyə şöbələrini məlumatlandırmalı və 14 günlük özünütəcridə keçməlidirlər.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar