Azərbaycanlı Kanadalılar Şəbəkəsi məlumat yayıb Torontoda ermənilərin hücumu ilə bağlı

Oxunma sayı: 902
Dünya       2 Avqust 2020, 22:10
Azərbaycanlı Kanadalılar Şəbəkəsi məlumat yayıb        Torontoda ermənilərin hücumu ilə bağlı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Avqustun 2-ə keçən gecə Kanadanın azərbaycanlı icmasının iki nümayəndəsi Toronto şəhərində bir qrup erməni icmasına mənsub olan şəxslər tərəfindən hücuma məruz qalıblar.

 

Azmedia.az xəbər verir ki, Azərbaycanlı Kanadalılar Şəbəkəsindən  verilən məlumata görə, ermənilər iki azərbaycanlıya hücum edib və öz avtomobilləri ilə azərbaycanlıların avtomobillərini əziblər. Hadisə nəticəsində bir soydaşımız ayağından yaralanıb və ona təcili tibbi yardım göstərilib. Hücum edənlər soyuq silah, pnevmatik tapança və beysbol taxtaları ilə silahlı olublar. Hücuma məruz qalanların avtomobilinə böyük ziyan vurulub.

 

Toronto şəhər polisi cinayət baş verən əraziyə çağrılıb və hal-hazırda hadisəni araşdırmaqdadır.

 

Azərbaycanlı Kanadalılar Şəbəkəsi bu hadisəni kəskin şəkildə pisləyir və bu hadisəni nifrət zəminində törədilmiş cinayət kimi qiymətləndirir, eyni zamanda icma üzvlərini sakitliyə və təxribatlara uymamağa dəvət edir. Gələcəkdə bu cür hadisələr baş verərsə mütləq hüquq-mühafizə orqanlarına müraciət etmək tövsiyə olunur.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar