Moskvada kütləvi dava - Qvardiyaçılarla desantlar arasında - VİDEO

Oxunma sayı: 652
Dünya       3 Avqust 2020, 00:10
Moskvada kütləvi dava         - Qvardiyaçılarla desantlar arasında - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İnternetdə Moskvadakı Qorki parkında keçmiş desantlar və Rusiya Qvardiyasının zabitləri arasında baş verən kütləvi davanın videosu yayılıb.

Azmedia.az xəbər verir ki, Rusiya Qvardiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, hadisə Hərbi Hava Qüvvələri Gününə həsr olunmuş bayram tədbirləri zamanı qvardiyanın hərbçiləri polislə birlikdə ictimai asayişin pozulmasının qarşısını almağa çalışan zaman baş verib. Hazırda asayiş pozucularının şəxsiyyəti müəyyənləşdirilir.


Sosial şəbəkədə yayım edən mənbənin verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçmiş desantlara sakit davranmaları, bayraqlarını dalğalandırmamaları və bunula da başqalarını narahat etməmələri tələbi ilə müraciət etməsi, mübahisəyə səbəb olub. Belə ki, desantlardan biri asayiş keşikçilərinə aqressiya göstərməsi, onun həbsi ilə yekunlaşıb. Bu isə keçmiş desantın dostlarının narazılığına səbəb olub. Bundan sonra yaranan gərginlikdə daha üç nəfər tutulub. Park rəhbərliyinin sözlərinə görə, vəziyyət tam nəzarət altına alındıqdan sonra, həbs edilənlər sərbəst buraxılıblar.


Mənbənin verdiyi məlumatda həmçinin, gənc qvardiyaçılardan birinin yüngül xəsarət aldığı da deyilir.

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar