59 yaşlı aktyor cavan qızla evlənib

Oxunma sayı: 632
Xarici       3 Avqust 2020, 11:15
59 yaşlı aktyor cavan qızla evlənib

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

59 yaşlı kino ulduzu Şon Pen 4 ildir görüşdüyü 28 yaşlı sevgilisi Leyle Corcla münasibətlərini rəsmiləşdirib.

 

Azmedia.az xəbər verir ki, cütlüyün toyu gizli şəkildə baş tutub.

 

Bu barədə film prodüseri Mayk Medavoyun həyat yoldaşı İrena məlumat yayıb. O, instaqramında bir neçə şəkil paylaşıb ki, onlardan birində yeni evlənənlər toy üzüklərini nümayiş etdirib.

 

Qeyd edək ki, cütlük münasibətlərini mətbuatdan gizli saxlamağa çalışırdı. Şon Pen yalnız bu yaxınlarda verdiyi müsahibəsində Leyleni həyatının qadını adlandırmışdı.

 

Şon Pen 1985-1989-cu illərdə Madonna, 1996-2007-ci ildə Robin Raytla rəsmi nikahda olub. 2014-cü ildə isə aktrisa Şarliz Teronla sevgili olub.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar