SON DƏQİQƏ: Bu yerlər açılmayacaq - RƏSMİ

Oxunma sayı: 649
Sosial       3 Avqust 2020, 15:32
SON DƏQİQƏ: Bu yerlər açılmayacaq    - RƏSMİ

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Avqustun 5-də iri ticarət, hamam və fitness mərkəzləri açılmayacaq” .

 

Xəbər verdiyimiz kimi Ümumdünya Səhiyyə Təşkilatı dünya üzrə fövqəlada vəziyyəti 3 ay uzatdı.

Qeyd edək ki, Azərbaycanda sət karantin rejiminin avqustun 5-də bitməsi nəzərdə tutulur.Lakin sərt karantin rejiminin uzadılması ilə bağlı iddialar da var. Avqustun 5-də sərt karantin rejimi yumşaldıla bilərmi?

Azmedia.az xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, bir çox ölkələrdə pandemiya təkrar baş qaldırıb:

Sosial məsafə qorunmalı, tibbi maskadan istifadə edilməlidir. Əlbəttə ölkəmizdə də artıq yoluxanların sayı təxmini 3 dəfə aşağı düşüb. Beynəlxalq təcrübə onu göstərir ki, rəqəmlərə baxıb yanlış addım atmaq olmaz. İstənilən sahənin fəaliyyətinə icazə verilərsə, yumşalma olarsa orada ciddi qaydalar hazırlanmalıdır.

Qoyulan qaydalara da əməl edilməlidir. Buraxılan kiçik səhv yoluxanların sayının yenidən sürətlə artmasına səbəb ola bilər. Qərb ölkələrinə baxsaq görərik ki, onların bəziləri 3-cü dəfə sərt karantin rejimi tədbiq edilir. Hər halda Nazirlər Kabineti yanında Opeativ Qərargah bütün bu məsələlərə aydınlıq gətirərək.

Mövcud vəziyyəti düzgün analiz edərək doğru qərar verəcək. Ümumdünya Səhiyyə Təşkilatının dünya üzrə fövqəlada vəziyyəti 3 ay uzatması ilə bağlı verdiyi qərara hər kəs məsuliyyətlə yanaşmalıdır.

Düşünürəm ki, iri ticarət mərkəzləri, hamam və fitness təhlükəli fəaliyyət növləridir. İnsanlar daha çox sıx münasibətdə olur. İstənilən fəaliyyət növündə qoyulan karantin qaydalarına əməl edilməlidi”.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar