Kiyevdə ticarət mərkəzi terrorçunun hücumuna məruz qalıb - VİDEO

Oxunma sayı: 655
Dünya       3 Avqust 2020, 15:44
Kiyevdə ticarət mərkəzi      terrorçunun hücumuna məruz qalıb - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Kiyevin Şevçenkovski rayonu, "Leonardo" biznes mərkəzinin binasında yerləşən banka daxil olan Özəbikstan vətəndaşı üzərindəki bombanı partlatmaqla hədələyir.

Azmedia.az xəbər verir ki, Ukraynanın Daxili İşlər nazirinin müavini Anton Geraşşenko bildirdiyinə görə, hazırda həmin şəxslə danışıqlar aparılır.


"Avqustun 3-ü, saat 12.00-da (Moskva vaxtı ilə) "Universal Bank "ASC-nin nümayəndəsi polisə zəng edib və 35 yaşlı naməlum bir şəxsin ofisə girərək, kürəyindəki çantasında bomba olduğunu bildirib və polisə zəng edilməsini tələb edib. Bank əməkdaşları binanı dərhal tərk etsələr də, şöbənin müdiri öz istəyi ilə yerində qalıb. Artıq "Şimşək" adıyla xüsusi polis əməliyyatı başlayıb. Hazırda polis nümayəndələri terrorçu ilə danışıqlar aparır" deyə Geraşşenko Facebook səhifəsində yazıb.

O, "ZİK" telekanalına verdiyi açıqlamada həmçinin bildirib ki, təxribatçı ayağına bel çantasına gedən naqil bağlayıb və naqilin birbaşa partlayıcıya qoşulduğunu israr edir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar