Xəzər dənizində dalğanın hündürlüyü 4,5 metrə çatıb

Oxunma sayı: 422
Ölkə       3 Avqust 2020, 20:35
Xəzər dənizində dalğanın hündürlüyü     4,5 metrə çatıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Milli Hidrometeorologiya Xidmətinin avqustun 3-ü saat 19:00-a olan məlumatına əsasən Bakı, Maştağa, Pirallahı, Naxçıvan, Naftalan, Oğuz, Şəki, Mərəzə, Xaçmaz, Qusar, Kürdəmir, Kişçay (Şəki), Daşkəsən, Göygöl, Quba, Yevlax, Göyçay, Sabirabad, Xınalıq, Nabran, Şahdağ, Lerik, Cəfərxan, İmişli, Salyan, Qazıməmməd, Netfçala, Biləsuvar, Lənkəran, Astara, Qrızda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

 

Azmedia.az azertac-a istinadən bildirir ki, leysan yağışları nəticəsində Talaçay, Zaqatala və Əyriçay Başdaşağıl məntəqələrindən sel keçib.

 

Şimal-qərb küləyi arabir Neftçalada 22, Bakıda və Qum adasında 28, Maştağada 25, Çilov adasında 22, Pirallahıda 20, Binədə 19, Neft Daşlarında saniyədə 22 metrədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4,5 metrə çatıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar