Beyrutda baş verən partlayış nəticəsində ölənlərin sayı artıb

Oxunma sayı: 164
Dünya       7 Avqust 2020, 09:39
Beyrutda baş verən partlayış nəticəsində ölənlərin sayı artıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Avqustun 4-ü Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.

 

Azmedia.az Trend-ə istinadən verdiyi məlumata görə, partlayışda ölənləin sayı 149 nəfərə çatıb, 5 mindən artıq insan xəsarət alıb.

 

Qeyd edək ki, avqustun 4-ü Beyrutun dəniz limanında güclü partlayış baş verib. Partlayış nəticəsində yüzlərlə ev və bina dağılıb və ya zərər görüb, 300 mindən artıq insan evsiz qalıb. Partlayış limanın 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) saxlanılan anbarında qaynaq işləri aparılarkən baş verib.

 

Partlayışla əlaqədar avqustun 6-sı limanın direktoru da daxil olmaqla, liman administrasiyasının 16 məmuru saxlanılıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar