Biləsuvarda qohumunu öldürən şəxs tutulub - RƏSMİ

Oxunma sayı: 212
Kriminal       7 Avqust 2020, 11:38
Biləsuvarda qohumunu öldürən şəxs tutulub       - RƏSMİ

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Avqustun 06-da saat 23 radələrində Biləsuvar rayonu ərazisində 1982-ci il təvəllüdlü Elxan Vəliyevin bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.

 

Biləsuvar Rayon Prokurorluğundan  Azmedia.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilmib.

 

İstintaqla hadisənin zərərçəkmişin qohumu, 1989-cu il təvəllüdlü Ayxan Heydərov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Ayxan Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar