Koronaviruslu xəstələr evə buraxıldıqdan bir müddət sonra ağciyərləri zəifləməyə başlayır - Yeni araşdırma

Oxunma sayı: 200
Sağlamlıq       7 Avqust 2020, 11:57
Koronaviruslu xəstələr evə buraxıldıqdan bir müddət sonra ağciyərləri zəifləməyə başlayır     - Yeni araşdırma

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Koronaviruslu xəstələr evə buraxıldıqdan sonra da ağciyərlərində problemlər yaşanır.

 

Azmedia.az  Mirror-a istinadla xəbər verir ki, Vuhan şəhərində belə bir fakta rast gəlinib və aparılan yeni araşdırmalar nəticəsində koronavirusun fəsadlarını özünü sağalan insanlarda bir müddət sonra göstərdiyi məlum olub.

 

Belə ki, bu virusdan müalicə olunaraq evə buraxılan şəxslərin üç ay sonra yenidən ağciyərlərində problemlərin yarandığı, yorğunluq və depressiv hiss etmələri aşkarlanıb.

 

Bundan əlavə həmin insanlarda təngnəfəslik yaranır, hərəkətlərində yavaşlama hiss olunur.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına əsasən dünyada bugünədək 19,266,412 insanın koronavirus testinin nəticələri müsbət çıxıb. 717,796 nəfər bu virus səbəbindən dünyasını dəyişib. 12,364,839 isə müalicə olunaraq evə buraxılıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar