Rusiyadan nüvə hədəsi: "...cavab tədbiri dağıdıcı olacaq"

Oxunma sayı: 176
Dünya       7 Avqust 2020, 12:40
Rusiyadan nüvə hədəsi:      "...cavab tədbiri dağıdıcı olacaq"

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Rusiyanın Müdafiə Nazirliyi nüvə silahından hansı hallarda istifadə edəcəyi barədə ilk dəfə açıqlama verib.

Azmedia.az xəbər verir ki, bu barədə "Rusiya Federasiyasının nüvə müqaviməti sahəsində dövlət siyasətinin əsasları haqqında"  Baş Qərargahın hazırladığı məqalədə deyilir.


Məqalədə həmçinin qeyd edilir ki, nüvə silahından istifadəsinin birinci şərti "Rusiya ərazisinə ballistik raketlərin atılması barədə etibarlı məlumatların alınması"dır. Bu barədə ilkin məlumat hava hücumundan müdafiə sistemi tərəfindən qeydə alınacaq.


Eyni zamanda, "istənilən ballistik raket, nüvə başlığı daşıyan raket kimi qiymətləndiriləcək", çünki raket buraxıldıqdan sonra, Rusiya tərəfi onun hansı başlığa malik olduğunu təyin edə vaxtı çatmayacaq. Raketin atılması barədə məlumatlar avtomatik olaraq ölkənin hərbi-siyasi rəhbərliyinə veriləcək, "mövcud vəziyyətdən asılı olaraq, cavab tədbirləri kimi, nüvə zərbələrinin miqyasını müəyyənləşdiriləcək."


Eyni zamanda bildirilib ki, ballistik raketlərin atılması, Rusiyanı bir dövlət olaraq məhv etmək cəhdi kimi qiymətləndiriləcək. Üstəlik, Rusiyanın nüvə siyasəti "tamamilə müdafiə xarakteri daşıyır".
Baş Qərərgahdan son olaraq bəyan edilib ki, "Rusiya bununla "qırmızı xətləri" müəyyən edir və heç kimə bu xətti keçməyi məsləhət görmürük. Potensial düşmən bunu etmək qərarına gəlsə, şübhəsiz ki, cavab tədbiri dağıdıcı olacaq"

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar