İtaliya və İspaniya çempionları üçün revanş şansı

Oxunma sayı: 209
İdman       7 Avqust 2020, 19:07
İtaliya və İspaniya çempionları üçün revanş şansı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bu gün Çempionlar Liqasında 2019/20 mövsümünün qalan hissəsi bərpa olunacaq.

 

Azmedia.az  apasport.az-a istinadla bildirir ki, 1/8 finalın baş tutmayan cavab oyunlarından ikisi keçiriləcək.

 

İtaliya çempionu "Yuventus" öz meydanında "Lion"u sınağa çəkəcək. Səfərdə 0:1 hesabı ilə uduzan turinlilər komandanın ulduzu Kriştiano Ronaldonun vətəni Portuqaliyada təşkil olunacaq final mərhələsinə vəsiqə qazanmaq üçün revanş almalıdır.

 

Digər görüş Mançesterdə təşkil olunacaq. "Mançester Siti" İspaniya çempionu "Real"ı qəbul edəcək. Rəqib meydanında qalib gələn Pep Qvardiolanın yetirmələri turu adlamaq üçün üstünlüyü qorumalıdır.

 

Qeyd edək ki, mərhələyə avqustun 8-də yekun vurulacaq.

 

Çempionlar Liqası
1/8 final, cavab oyunları


7 avqust

23:00. "Yuventus" (İtaliya) - "Lion" (Fransa)
Baş hakim: Feliks Zvayer (Almaniya)
Turin. "Yuventus" stadionu
İlk oyun - 0:1

 

23:00. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya)
Baş hakim: Feliks Brix (Almaniya)
Mançester. Şəhər stadionu
İlk oyun - 2:1

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar