Ədalət Şükürov: "Öz həyatımı yaşayıram,uşaqlarım da işləyib özləri ev alsınlar"

Oxunma sayı: 213
Yerli       10 Avqust 2020, 19:44
Ədalət Şükürov:      "Öz həyatımı yaşayıram,uşaqlarım da işləyib özləri ev alsınlar"

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Karantin heç kimə sərf etmir. Sabah toylar açılsa, əminəm ki, toya qonaqlardan yarıdan çoxu gəlməyəcək. Hamı qorxacaq".


Azmedia.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov "5/5" proqramında deyib. Sənətçi pandemiyadan bəhs edib. O bildirib ki, ilk vaxtlar virusun olmasına inanmırdı:


"Əvvəl mən də inanmırdım ki, virus var. Çox istəyərdim restoranlar açılsın. Amma qaydalara əməl edilməlidir. Ən az iki-üç ay maska, spirtlə gəzməliyik.
Mən də toylar üçün darıxmışam. Kim istəməz ki, şad gündə iştirak etsin. müğənni dostlarım var, deyirik ki, adam lap istəyir pulsuz oxusun".


"Qara gün üçün nə yığmışdın" sualına ifaçı belə cavab verib:
"Bizdə nə var üzdədir. Öz həyatımı yaşayan adamam, çətinliklər çox görmüşəm. Ömür çox qısadır, istəyirəm onu yaxşı keçirim. Çoxu deyir ki, övladıma ev, iş, elə-belə olsun... Həyatdır, uşaqlar işləyir. Proqramları var, işləsinlər özlərinə alsınlar. Mənə heç kim nəsə alıb verməyib".

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar