Almaniyanın Xarici İşlər naziri Livana səfər edəcək

Oxunma sayı: 222
Siyasət       10 Avqust 2020, 20:27
Almaniyanın Xarici İşlər naziri       Livana səfər edəcək

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Almaniyanın Xarici İşlər naziri Hayko Maas Livana səfər edəcək.

 

Azmedia.az  xəbər verir ki, bu barədə Hayko Maas "Deutschlandfunk"a müsahibəsində deyib.

 

Avqustun 12-də Beyruta səfər edəcəyini bildirən Almaniya XİN başçısı ölkəsinin Livana dəstək verməyə hazır olduğunu, lakin eyni zamanda, Livanda islahatların keçirilməsinin vacibliyini vurğulayıb. H. Maas əlavə edib ki, bu səfərin məqsədi də islahatların keçirilməsini tələb etməkdir.

 

"Biz Livanın məsul şəxslərinə açıq şəkildə bildirəcəyik ki, onlara kömək etməyə hazırıq, lakin eyni zamanda, bu ölkədə islahatların keçirilməli olduğuna da inanırıq", - deyə Almaniyanın Xarisi İşlər naziri bildirib.

 

Qeyd edək ki, Almaniya Beyrut limanında baş verən partlayışla əlaqədar bu ölkəyə 20 milyon avro humanitar yardım ayırıb.

 

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 160-a yaxın şəxs ölüb, 6 mindən çox insan xəsarət alıb. 60-dan artıq şəxs itkin düşüb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar