Aybəniz Haşımova Aynişana görə ölkəni tərk edib?

Oxunma sayı: 242
Yerli       10 Avqust 2020, 21:00
Aybəniz Haşımova Aynişana görə       ölkəni tərk edib?

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva ilə Kənan Əliyevin boşanma iddiaları ilə bağlı xəbərlər yayılıb. İddiaya əsasən, cütlüyün “Instagram”dakı şəkillərini həm Aybəniz Haşımova, həm də Aynişan Quliyeva öz səhifələrindən siliblər.



Azmedia.az xəbər verir ki, postnews.az-ın əməkdaşı A.Haşımovanın şəxsi telefon nömrəsiylə əlaqə saxlayaraq, məsələyə aydınlıq gətirməyə çalışıb. Zəngə cavab verən və özünü Aybəniz Haşımovanın köməkçisi kimi təqdim edən Nicat adlı şəxs suallara tərrəddüdlə cavab verib. O, bildirib ki, Aybəniz xanım şəxsi mobil telefon nömrəsini işlətmir:

 

“Aybəniz xanım səhhəti ilə əlaqədar Azərbaycanda deyil. Aynişan barəsində isə məlumat verə bilmərəm.”


Qeyd edək ki, yayılan məlumata görə, cütlük bir aydan artıqdır ki, ayrı yaşayır. Onların münasibətlərinin qısqanclıq zəminində pozulduğu da iddialar sırasındadır. Sadəcə, bu vaxta qədər hər iki tərəf xəbərin mediaya sızmamasına çalışıb.

Bildirilir ki, gəncləri barışdırmaq üçün məsələyə Aybəniz Haşımovanın böyük bacısı, Xalq artisti Şahnaz Haşımova da müdaxilə etməyə çalışsa da, tərəflər sənətkarın təklifindən imtina ediblər

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar