Prezident daha bir qanunda dəyişikliyi təsdiqlədi

Oxunma sayı: 218
Ölkə       10 Avqust 2020, 21:10
Prezident daha bir qanunda       dəyişikliyi təsdiqlədi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Prezident İlham Əliyev “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

 

Azmedia.az-ın məlumatına görə, Qanuna əsasən, “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilir:

12-ci maddənin dördüncü-altıncı hissələri müvafiq olaraq beşinci-yeddinci hissələr hesab olunur və həmin maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilir:

“Müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”

 

Həmçinin, 13-cü maddənin birinci hissəsinin birinci cümləsində “büdcəsi,” sözü “büdcəsi və icra xidməti” sözləri ilə əvəz edilir, ikinci cümləsinə isə “büdcəsi” sözündən sonra “və bu Qanunun 12-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulan vəsait” sözləri əlavə edilir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar