Ədliyyə Nazirliyinin Aparatının Probasiya xidmətinin işçilərinin sosial müdafiəsi gücləndirilir

Oxunma sayı: 218
Ölkə       10 Avqust 2020, 21:40
Ədliyyə Nazirliyinin Aparatının Probasiya xidmətinin işçilərinin sosial müdafiəsi gücləndirilir

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatının Probasiya xidmətinin, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Aparatının Probasiya qurumunun və yerli probasiya qurumlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürüləcək. 

 

Azmedia.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən  “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

 

Qanuna əsasən, bu vəsaitdən istifadə qaydasını Nazirlər Kabineti  iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməlidir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar