Livanda yaşayan onlarla erməni Ermənistana gətirilir

Oxunma sayı: 180
Hadisə       11 Avqust 2020, 20:55
Livanda yaşayan onlarla erməni       Ermənistana gətirilir

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Livanda yaşayan onlarla erməni Ermənistana gətiriləcək.

 

Azmedia.az-ın xəbərinə görə, Ermənistan Xarici İşlər Nazirliyi (XİN) bununla bağlı “sputnik armenia”-nın məlumatını təsdiqləyib.

 

Bildirilib ki, Livan erməniləri bu gün axşam saatlarında təyyarə ilə ölkəyə gətiriləcək.

 

Bundan əvvəl Baş Nazirin yanında diaspor məsələləri üzrə komissar Zare Sinanyan bildirib ki, 40-a yaxın Livan ermənisi ölkəyə qayıtmaq niyyətindədir.

 

Qeyd edək ki, avqustun 4-də Beyrut limanında baş verən güclü partlayış nəticəsində ən azı 171 nəfər həlak olub. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, ən azı 30 nəfər hələ də itkin düşmüş hesab olunur.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar