Belarusda daha 2 min nəfər saxlanıldı

Oxunma sayı: 166
Hadisə       11 Avqust 2020, 21:26
Belarusda daha 2 min nəfər saxlanıldı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Belarusda seçkisonrası etirazlarda ötən sutka ərzində 2 000-dən çox insan saxlanılıb. Azmedia.az bildirir ki, bu barədə “BelTA” Daxili İşlər Nazirliyinin nümayəndəsi Olqa Çemodanovaya istinadən xəbər verib.

 

Etirazçıların hərəkətlərindən 21 milis və Daxili Qoşunların hərbi qulluqçusu zərər çəkib, onlardan beşi xəstəxanaya yerləşdirilib.

 

“TASS” yazır ki, Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, ölkədəki iğtişaşlar zamanı 200-dən çox insan zərər çəkib. Onlar stasionara yerləşdirilib, hamısına lazımi kömək göstərilib. Qurum bir nəfərin təcili tibbi yardım həkimlərinin ona baxış keçirməsinə qədər həyatını itirdiyini də açıqlayıb.  

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar