Ceyhun Bayramov Türkiyədə terror qurbanı olan şəhid diplomatları yad edib

Oxunma sayı: 153
Ölkə       12 Avqust 2020, 00:25
Ceyhun Bayramov Türkiyədə terror qurbanı olan     şəhid diplomatları yad edib

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bu gün Türkiyədə səfərdə olan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə XİN-in binasında terror qurbanı olan şəhid diplomatların xatirə lövhəsilə tanış olub.  

 

Azmedia.az-ın əldə etdiyi xəbərə görə, nazir bu barədə tvitter səhifəsində yazıb.

 

C.Bayramovu Türkiyə Xarici İşlər Naziri Mövlud Cavuşoğlu müşayiət edib. 

 

Nazir yazıb ki, xatirə lövhəsində adları əks olunan diplomatların arasında erməni terrorunun qurbanları da var. 

 

Terroru qətiyyətlə pislədiyini qeyd edən C.Bayramov şəhid diplomatlara rəhmət diləyib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar