DİQQƏT: Bu proqramları telefona yükləyərək istənilən adamı izləyə bilərsiniz -VİDEO

Oxunma sayı: 270
Texnologiya       12 Avqust 2020, 00:37
DİQQƏT: Bu proqramları telefona yükləyərək istənilən adamı izləyə bilərsiniz    -VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azmedia.az xəbər verir ki, ARB TV-nin “Günə doğru” verilişində mobil telefonların izləmə qurğusuna çevrilməsi məsələsinə toxunulub. Texnologiya inkişaf edir. Bundan məmnun qalanlar çox olsa da narazılar da az deyil.

 

Texnologiyanın inkişafı nəticəsində, xüsusilə mobil telefonlara yazılan bəzi proqramlar var ki, onların vasitəsilə telefonla danışdığın insanın yerini təyin etmək mümkündür. Texnoloji yenilik kimi nə qədər yaxşı olsa da, vətəndaşlar bundan məmnun deyil.

 

Cahid İsmayıloğlu (İT Mütəxəssis): “Həmin əməliyyat sistemlərində olan naviqatorlar naviqator sistemləri ilə birbaşa əlaqəyə keçir, sizin harada olmanızla bağlı məlumatı ikinci, üçüncü şəxslərlə paylaşır”.

 

Ekspertlər bildirir ki, bunun qarşısını almaq üçün istifadə olunan mobil qurğunun naviqator sistemini söndürmək kifayətdir. Digər bir proqram vasitəsilə isə telefona gələn və kontaktda olmayan nömrənin sahibini təyin etmək olur. Ekspertlər bildirir ki, bu proqramı mobil telefonuna yükləyən şəxslər digər proqram istifadəçilərinin kontaktını bilmiş olur.

 

Cahid İsmayıloğlu (İT Mütəxəssis): “Həmin əməliyyat sistemlərində olan naviqatorlar naviqator sistemləri ilə birbaşa əlaqəyə keçir, sizin harada olmanızla bağlı məlumatı ikinci, üçüncü şəxslərlə paylaşır”. Daha ətraflı videonu təqdim edirik:

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar