Sumqayıtda sərxoş sürücü maşını kanala aşırdığı üçün özünü körpüdən atmaq istədi - VİDEO

Oxunma sayı: 199
Qəza       12 Avqust 2020, 09:53
Sumqayıtda sərxoş sürücü maşını kanala aşırdığı üçün özünü körpüdən atmaq istədi     - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

 

Azmedia.az  Baku TV-ya isitnadən xəbər verir ki, hadisə “Stansiya Sumqayıt” adlanan ərazidə qeydə alınıb.

 

Belə ki, 33 yaşlı Səxavət Əbilov idarə etdiyi “KamAZ” markalı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi yoldan çıxaraq, Samur-Abşeron kanalına aşıb. 

 

Qubadlı Rayon Polis Şöbəsinin “Stansiya Sumqayıt” yaşayış massivində yerləşən polis məntəqəsinin əməkdaşları sürücünü avtomobildən çıxarıb. 

 

S.Əbilov hadisənin həyəcanından özünü körpüdən atmağa cəhd etsə də, polis əməkdaşları onun bu istəyinin qarşısını alıb.

 

Sürücünün sərxoş vəziyyətdə olduğu və yük maşınını icarə əsasında idarə etdiyi bildirilib.

 

Hadisə zamanı nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. 

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar