ABŞ peyvənddən 100 milyon ədəd sifariş etdi

Oxunma sayı: 216
Dünya       12 Avqust 2020, 12:23
ABŞ peyvənddən 100 milyon ədəd sifariş etdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

ABŞ hökuməti “Moderna” biotexnologiya firması ilə COVID-19 peyvəndinin istehsalı ilə bağlı razılaşma əldə edib.
 


Azmedia.az  Publika.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə təşkil olunan mətbuat konfransında danışıb.



“Moderna” ilə 100 milyon ədəd COVID-19 peyvəndinin istehsalı və təhvili mövzusunda razılaşdığımızı elan etməkdən məmnunam”, - prezident deyib.



O, hökumətin COVID-19 peyvəndi istehsalı üçün dərman istehsalçısı olan firmalarla daha əvvəl bağladığı müqavilələri xatırladıb və 3 peyvənd namizədinin 3-cü mərhələ testlərdən keçirilməkdə olduğunu qeyd edib.


“Moderna”dan verilən açıqlamada “mRNA-1273” peyvəndinin istehsalı üçün 1,5 milyard dollar büdcə tələb olunduğu vurğulanıb. ABŞ hökuməti bu razılaşma çərçivəsində əlavə 400 milyon ədəd peyvənd sifariş verə bilər.



Şirkətin peyvənd üzərində işləri üçün hökumət daha əvvəl 955 milyon dollar sərmayə qoyub. Son razılaşma ilə bu məbləğ 2,48 milyarda çatıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar