İtkin düşdüyü ehtimal edilən əqli qüsurlu qadın ailəsinə təhvil verildi - YENİLƏNİB + VİDEO

Oxunma sayı: 194
Cəmiyyət       12 Avqust 2020, 13:10
İtkin düşdüyü ehtimal edilən əqli qüsurlu qadın ailəsinə təhvil verildi     - YENİLƏNİB + VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Balakən rayonu ərazisində tapılan əqli qüsurlu qadının şəxsiyyəti müəyyən edilib.

 

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onun Zaqatala rayonu Uzun Tala kənd sakini 1962-ci il təvəllüdlü Cəmilə Xaşayeva olduğu məlum olub.

Polis əməkdaşları həmin şəxsin qohumları ilə əlaqə saxlayaq, qadını onlara təhvil veriblər.

***

Balakəndə əqli qüsuru olan qadın tapılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə qalan bir qadını görərək, ona yaxınlaşıblar. İtkin düşdüyü ehtimal edildiyi üçün o, polis şöbəsinə gətirilib. Üzərində heç bir sənəd olmadığından onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Əqli qüsurlu qadın 50-60 yaş aralığındadır.

 

Qadını tanıyanlardan, eləcə də onun yaxınlarını tanıyanlardan DİN-in “102” Zəng Mərkəzinə və Balakən Rayon Polis Şöbəsinin (024)-295-10-37 şəhər və (055 ) 280-11-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar