Salyan rayonunda sanitar-karantin qaydalarını pozan 12 nəfər cərimə edildi - FOTO

Oxunma sayı: 206
Cəmiyyət       12 Avqust 2020, 14:07
Salyan rayonunda sanitar-karantin qaydalarını pozan     12 nəfər cərimə edildi - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə bu günSalyan Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində fəaliyyətinə icazə verilən obyektlərdə, marketlərdə və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirib.

 

Azmedia.az  xəbər verir ki, polislər tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminə əməl olunması üçün qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət və əhaliyə məişət xidmətləri göstərən obyektlərdə, küçə və prospektlərdə profilaktik söhbətlər aparılıb. Tədbirlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub. Reyd zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 12 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər. Salyan rayonu ərazisində nəzarət-profilaktiki tədbirlər mütəmadi olaraq davam etdiləcək.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar