Ağcabədi polisi bir kiloqramdan çox heroini qanunsuz dövriyyədən çıxarıb

Oxunma sayı: 180
Kriminal       12 Avqust 2020, 14:40
Ağcabədi polisi bir kiloqramdan çox heroini qanunsuz dövriyyədən çıxarıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını alınması, həmin əməlləri törədən şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan   Azmedia.az-a verilən məlumata görə, Ağcabədi rayonunun Avşar kənd sakinləri Zaur Hüseynovun və Elşən Hüseynovun heroini Avşar kəndi ərazisində satmaları barədə rayon polis şöbəsinə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Elşən Hüseynovun və Zaur Hüseynovun 1 kiloqram heroini 20 min manata satmaq istədikləri müəyyənləşdirilib.

Keçirilən əməliyyat tədbirinin nəticəsində E.Hüseynov saxlanılaraq polis şöbəsinə gətirilib. Z.Hüseynovun saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bununla da polis əməkdaşları tərəfindən külli miqdarda heroinin realizə olunmasının qarşısı alınıb. Tədbirlərin davamı olaraq hal şahidlərinin iştirakı ilə Z.Hüseynovun yaşadığı evə də baxış keçirilib və oradan 100 qram heroin, 16 qramdan artıq metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar