“EuroHome” tikinti materialları bazarında NARAZILIQ BİTMİR - (VİDEO,FOTO)

Oxunma sayı: 294
Sosial       12 Avqust 2020, 15:40
“EuroHome” tikinti materialları bazarında           NARAZILIQ BİTMİR - (VİDEO,FOTO)

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Məlum olduğu kimi, Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında ötən il dekabrın 10-da və bu ilin may ayının 11- də baş vermiş yanğında xeyli sayda sahibkara ziyan dəyib.

Sözügedən bazarda baş verən məlum yanğın hadisələrindən zərər çəkən bir qrup sahibkar bir neçə gün öncə azmedia.az saytına yazılı və şifahi formada müraciət edərək bildiriblər ki, onlara dəyən ziyanın bu və ya digər formada ödənilməsi bazar rəhbərliyi tərəfindən qəti şəkildə rədd edilir.

Bu səbəbdən də onlar “EuroHome” tikinti materialları bazarına buraxılmırlar. Sahibkarların bildirdiyinə görə, bazar ərazisində fəaliyyət göstərdikləri vaxtlar üzərlərinə düşən və ya tələb edilən bütün xərcləri daima ödəyiblər. Ümumilikdə bazarın yanğın təhlükəsizliyi qaydaları tələbinə cavab verməməsi nəticəsində isə, onlara külli miqdarda ziyan dəyib.

Bunun bariz nümunəsi, baş verən ikinci yanğın hadisəsindən sonar qanunvericiliyin tələbləri pozulduğuna görə “EuroHome” tikinti materialları bazarında aparılan tikinti-quraşdırma işlərinin Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən dayandırılmasına qərar verilməsidir. Bazar rəhbərliyi dəyən ziyanın qismən ödənilməsi üçün, sahibkarlara “yerpulu” vermədən fəaliyyət göstərmək təklifi edir. Sahibkarlar isə, həm yerhaqqının dəyən ziyanın müqabilində çox cüzi bir məbləğ olduğunu, eyni zamanda, yanğın səbəbilə satış etmək üçün heç nələrinin olmadığını əsas gətirərək bu təkliflə razılaşmayıblar.

Sonradan isə bəlli olub ki, bazar rəhbərliyinin bu təklifini qəbul etmiş nisbətən daha az zərər görən sahibkarlar, “EuroHome” tikinti materialları bazarında fəaliyyətlərini qismən bərpa ediblər.

Əslində isə, “EuroHome” tikinti materialları bazarı ümumiyyətlə fəaliyyət göstərməməlidir. Belə ki, baş vermis yanğın hadisələrindən sonar Baş Prokurorluğun müvafiq strukturu tərəfindən “EuroHome”un fəaliyyətinin dayandırılmasına və sökülməsinə qərar verilib. Lakin buna baxmayaraq FHN-dən bildirildiyi kimi, Yanğın Təhlükəsizliyi Norma və Qaydalarına əməl olunmayan “EuroHome” hazırda fəaliyyət göstərir.

Sahibkarlaın müraciəti əsasında apardığımız araşdırma nəticəsində məlum oldu ki, həqiqətən Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarı rəsmi sənədlər üzərində fəaliyyəti dayandırılmış sayılsa da, faktiki fəaliyyət göstərir. Bunu, bazar rəhbərliyinin təqdim etdiyi bildirişdən də aydın görmək olar.

O da məlum olub ki, “EuroHome” hazırda sahibkarların şəxsi vəsaiti hesabına fəaliyyət göstərir. Əvəzində isə, yanğından sonra fəaliyyəti dayandırılmalı olan bazarda genişləndirmə işləri aparılıb.

Hazırda bazarda baş verə biləcək istənilən növ hadisənin cavabdehliyinin kimin üzərində olmasını və mağazaların hansı formada vergiyə cəlb edilməsini müəyyən edə bilmədik. Çünki, rəsmi qurumlar Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarının fəaliyyət göstərmədiyini iddia edirlər.

Zərərçəkmiş sahibkarlar isə bildirir ki, rəhbərliklə razılaşmış bəzi mağaza sahiblərinin şəxsi vəsaitləri hesabına bazarın işıq və mühafizə sistemi bərpa edilməklə “Eurohome” tikinti materialları bazarı normalda fəaliyyətgöstərir. Ancaq konpensasiya tələb edən sahibkarlar isə kənarda qalaraq, bazara buraxılmırlar.

 

 

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar