Biləsuvarda 35 nəfər cərimə edildi

Oxunma sayı: 218
Cəmiyyət       12 Avqust 2020, 16:11
Biləsuvarda 35 nəfər cərimə edildi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki market və digər ticarət obyektlərində və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirib.

 

Daxili İşlər Nazirliyindən  Azmedia.Az-a verilən məlumata görə, tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub.

Reyd zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 35 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər. Biləsuvar rayonu ərazisində nəzarət-profilaktiki tədbirlər mütəmadi olaraq davam etdiləcək.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar