Tələbələrin köçürülməsinə başlanılır

Oxunma sayı: 216
Cəmiyyət       14 Avqust 2020, 17:16
Tələbələrin köçürülməsinə başlanılır

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Avqustun 17-dən tələbələrin köçürülməsi prosesinə start veriləcək.

 

Azmedia.az  xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, elektron sənəd qəbulu avqustun 23-dək davam edəcək.

 

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də, ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir.

 

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir.

 

Bunun üçün təhsilalanlar tələb olunan məlumatı daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar