Narkotik becərən şəxslər saxlanıldılar - FOTO

Oxunma sayı: 217
Kriminal       15 Avqust 2020, 11:25
Narkotik becərən şəxslər saxlanıldılar     - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçirilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz RPŞ-nin Yalama Polis Bölməsinin əməkdaşlarının gecə saatlarında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən Xaçmaz rayonu Ləcət kənd sakini Şamil Pirəhmədov saxlanılıb.

 

Onun yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirilmiş 33 ədəd narkotik tərkibli çətənə bitkiləri və 640 qram marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

 

Dindirilmə zamanı Şamil Pirəhmədov narkotik tərkibli bitkilərin ona məxsus olduğunu və aqrotexniki qaydada qulluq edərək yetişdirdiyini etiraf edib.

 

Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş digər bir əməliyyat tədbiri nəticəsində eyni əməllə məşğul olan rayon sakini Coşqun Cəbrayılovun yaşadığı evə baxış keçirilib.

 

Fərdi yaşayış evinin həyətyanı sahəsindən 15 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkarlanıb.

 

Hər iki faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar