Zaqatalada qaydaları pozan velosipedçilər cərimələnib

Oxunma sayı: 238
Cəmiyyət       15 Avqust 2020, 13:21
Zaqatalada qaydaları pozan velosipedçilər cərimələnib

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçirilib.

 

Bu barədə  Azmedia.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, keçirilən reyd zamanı avtomobil yollarında hərəkət edərək, qəza şəraiti yaradan velosipedçilər saxlanılıb.

Onlarla profilaktik söhbətlər aparılıb və bu formada hərəkət etmələrinin həm özləri, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəli olduğu bildirilib.

Reydlərdə qaydalara əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, cərimələniblər.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar