Açıq havada toy mərasimi keçirilə bilərmi? - RƏSMİ AÇIQLAMA

Oxunma sayı: 216
Cəmiyyət       15 Avqust 2020, 14:41
Açıq havada toy mərasimi keçirilə bilərmi?       - RƏSMİ AÇIQLAMA

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Əvvəldən elan olunduğu kimi hansı halda ictimai iaşə müəssisələrinin fəaliyyət göstərə biləcəyi ilə bağlı tələblər və şərtlər müəyyənləşdirilib. Bunlar açıq havada olma, masalar arasında məsafə, oturacaqlar arası məsafə və 1 masa ətrafında oturacaq insanların sayı ilə bağlı tələblərdir”.

 

Azmedia.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, toylar kütləvi şənlik tədbiri kateqoriyasına aiddir:

“Toylar iaşə obyektlərində qida qəbulu deyil, kütləvi şənliklərin keçirilməsidir. Ona görə də bu mərhələdə toyların açıq havada ictimai iaşə obyektlərində keçirilməsi nəzərdə tutulmur”.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar