Abşeronda karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkarlanıb - FOTO

Oxunma sayı: 205
Cəmiyyət       15 Avqust 2020, 14:48
Abşeronda karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkarlanıb      - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Abşeron rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən restoran aşkar olunub.

 

DİN-dən  Azmedia.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Ceyranbatan qəsəbəsində keçirilən tədbir zamanı Rövşən Rufullayevin işlətdiyi “Xançinar” restoranında müştərilərə yerində xidmət göstərildiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi və daha 11 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis İdarəsinə gətirilib.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

Restoranın sahibi 3000 manat, digər şəxslərin hər biri isə 200 manat məbləğində cərimələnib.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar