Zabratda bir əsr yaşı olan bina uçma təhlükəsindədir - VİDEO, FOTO

Oxunma sayı: 245
Sosial       15 Avqust 2020, 15:05
Zabratda bir əsr yaşı olan bina uçma təhlükəsindədir      - VİDEO, FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

BAKI şəhəri Sabunçu rayonu Zabrat 1 qəsəbəsi Nəsibə Zeynalova (keçmiş Oktyabr) küçəsi, ev 25 ünvanındakı sakinlər yaşadıqları binanın qəzalı olmasından şikayətlənirlər.

 

Azmeia.az-a daxil olan məlumata görə, həmin ünvanda yerləşən ikimərtəbəli, 30 mənzilli bina 1922-ci ildə inşa edilib. Yəni, demək olar ki, binanın bir əsr yaşı var.

Sakinlər iddia edirlər ki, Binanın istismar müddəti coxdan bitib. Artiq on ildən yuxaridi binanın özülü, zirzəmisi neft mənşəli qrunt sulari ilə dolub. İllərlə binanın özülündə yigilib qalan qrunt sulari isə binanın özülünü tam yararsız hala salıb. Bundan başqa zirzəmidə yigilan mazutlu suların hər an yangın təhlükəsi də var.

 

Bina Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-kommunal Təsərrüfati Departamenti, 3 saylı xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansindadı. Məsələ ilə bağlı, sakinlər müxtəlif aidiyyətı orqanlara neçə illərdi ki, müraciət edir. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binaya texniki baxış keçirib rəy veriblər. Lakin, binanın zirzəmisi qrunt sulari ilə dolu oldugundan, binanın özülünə dair rəy vermək mümkün olmayıb. Verilən aktda isə göstərilib ki, bina texniki cəhətdən məhdud işlək vəziyyətdədi.

 

Sakinlər isə bildirirlər ki, istismar müddəti bitmiş binanın zirzəmisi uzun illər boyu neft mənşəli, mazutlu qrunt sulari ilə dolduğundan, binanın hər an çökmə təhlükəsi var.

 

 

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar